Stiv Kuperi istefaya göndərən “Lester” onun yerinə namizədini böyük ölçüdə müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Qrem Beyli sosial şəbəkə hesabı üzərindən yayıb.
Mənbənin məlumatına görə, baş məşqçi axtarışlarına start verən klub bu posta “Çelsi”nin sabiq çalışdırıcısı Qrem Potteri gətirmək istəyir. İngilis mütəxəssis “tülkülər”in rəhbərliyi üçün prioritet seçimdir, lakin əməkdaşlığın potensial detalları hələlik məlum deyil.
Potterin son iş yeri keçən mövsümün startından əvvəl qovulduğu "Çelsi" olub. O, Entso Mareska London klubuna getdikdən sonra bu yay Premyer Liqanın yeni çalışdırıcısı postuna iddialı olsa da, rəhbərlik o vaxt onunla razılığa gələ bilməyib.
Mirağa