AZ

Film kimi qətliam: əvvəl ana, ana və bacısını güllələdi, sonra yeznəsi və... - Narkoman dəhşət saçdı (FOTOLAR)

İstanbulun Büyükçekmece rayonunda film kimi qətliam baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, barəsədin narkotiklə bağlı çoxsaylı cinayət işləri olan Bəhtiyar Aladağ adlı şəxs anası, atası, bacısı, yezənəsi, əmisi oğlu və daha bir nəfəri güllələdikdən sonra özünü də öldürüb.

Məlumata görə, Büyükçekmecenin Celaliye mahalında Çayır-1 küçəsində 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yaşayan ailəsinin yanına gələn Bəhtiyar Aladağ mübahisə zəminində anası Necmiye Aladağ, atası Muhammet Aladağ və bacısı Buket Aladağını güllələyib. Ağır yaralanaraq xəstəxanaya aparılan atası və anasıı orada həyatla vidalaşıb, bacısının vəziyyəti isə ağır olaraq qalır: "O, ailəsini gülllədikdən sonra hadisə yerindən qaçaraq Avcılar rayonunda qaynı Gökhan Soylunın bərbərxanasına gedərək orada onu və bərbərxanada olan tanışı Mehmet Salih Özsökükü güllələyib. Yaralı Özsökük aparıldığı xəstəxanada ölüb, qaynı isə canı ilı əlləşir. Bəhtiyar Aladağ bununla dsa kifayətlənməyib. O, daha sonra Esenyurtun Fatih qəsəbəsinə gedərək, orada əmisi oğlu Şadan Serdar Bukeni da öldürüb. Daha sonra isə idarə etdiyi maşında intihar edib".

Firudin Səfərli

MİA.AZ

Seçilən
15
1
mia.az

2Mənbələr