AZ

Rusiya təyyarəsində baş verən fövqəladə hadisə səbəbindən Antalya hava limanı bağlandı

Rusiyanın “Sukhoi Superjet” 100 (SSJ-100-9) təyyarəsi Antaliya hava limanında alovlanması ilə əlaqədar İzmir, Dalaman və Türkiyənin digər şəhərlərinin hava limanları 20-dən çox təyyarə qəbul edib.

Belə ki, İstanbuldan uçuşlar Dalamana yönləndirilib, “SunExpress” təyyarələri isə İzmirə enib.

Qeyd edək ki, noyabrın 24-ü axşam saatlarında Türkiyə hava limanına endikdən dərhal sonra SSJ-100-ün göyərtəsində yanğın baş verib. Belə ki, Soçidən Antalyaya uçan və göyərtəsində 87 sərnişin və 4 ekipaj üzvü olan təyyarə alovlanıb. Fövqəladə hadisə nəticəsində xəsarət alan olmayıb; Təyyarə çətin hava şəraitində eniş edib. İlkin səbəb kimi mühərrikin yanması göstərilir.
“Sukhoi Superjet” 100 təyyarəsinin sahibi olan “Azimut” Hava Yolları geri dönüş uçuşu üçün ehtiyat təyyarə hazırlayır. Hazırda iki versiya tədqiq edilir – eniş zamanı küləyin güclənməsi və ya pilotun xətası.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr