Bakı. Trend:
Bu gündən COP29 zolaqları qüvvədən düşüb.
Trend xəbərverir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənqeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yolnişanlarının sökülməsi və xətlərin silinməsi işləri icraedilib.
Yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesabolunur.
Qeyd edək ki, ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkilolunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarınınsəmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz vəzamanında tədbir məkanlarına çatmasına şərait yaradıb. Ümumi olaraqtədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyatakeçirilib.
İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan,məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmişzolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirir.