AZ

AFFA ona vəzifə verdi

Bugünlərdə «Sabah»dan ayrılan Vitali Kovalyovun yeni iş yeri məlum olub.

O, AFFA-nın qapıçılar üzrə maarifləndirmə kursunun baş təlimatçısı təyin edilib.

Bu haqda federasiyadan redaksiyamıza məlumat verilib.

Kovalyov futbolçu karyerası ərzində “İnşaatçı” (Bakı), “ANS Pivani”, “Neftçi”, “Şəfa”, “Ümid”, “Qarabağ”, “MKT Araz”, “Standart”, “Karvan” kimi komandaların şərəfini qoruyub, İranda (”Traktorsazi”) və Türkiyədə (”Kartalspor”) legioner həyatı yaşayıb.

Məşqçilik karyerasında məhz “Sabah”dakı fəaliyyəti ilə tanınıb. Son 6 altı ili Masazır təmsilçisində keçirib.

SPORTİNFO.AZ

Seçilən
11
1
sportinfo.az

4Mənbələr