AZ

NATO-nun baş katibi Türkiyə prezidenti ilə görüşə gəlib

NATO-nun

NATO-nun baş katibi Mark Rutte ABŞ səfərindən sonra Ankaraya gəlib. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş katibi qəbul edəcək.

Reyting.az
bildirir ki, iki gün əvvəl ABŞ-da yeni prezident Donald Trampla görüşən Ruttenin Türkiyədə milli müdafiə naziri Yaşar Gülər və müdafiə sənayesi rəsmiləri ilə də görüşü gözlənilir.

Ərdoğan-Rutte görüşünün əsas gündəmi Rusiya-Ukrayna müharibəsi, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı yeni ortamənzilli raket sınağına görə NATO-nu ittiham etməsi olunacaq.

Rusiyanın yeni raket sisteminin döyüş sınaqlarını keçirdiyinə dair açıqlamalarının və bu raketlərdən istifadənin təsirlərinin müzakirə olunacağı səfərdə Ankaranın nüvə müharibəsi riski ilə bağlı xəbərdarlıq edəcəyi də gözlənilir.

E. KAMAL
Seçilən
17
reyting.az

1Mənbələr