AZ

Köçəryan sirləri açdı: Qarakənddə vurulan helikopterdə o da olub – ŞOK/FOTO 

Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryanın “Həyat və azadlıq” kitabında Qarakənd faciəsi ilə bağlı mühüm detal yer alıb.

R.Köçəryan Qarakənd terroru zamanı vurulmuş helikopterdə olan DQMV daxili işlər idarəsinin rəisi Vladimir Kovalyovla yaxın olduğunu yazıb.

O, Kovalyovun vəzifədə olarkən ermənipərəst mövqe tutduğunu bildirib:

“Biz onunla Stepanakert (Xankəndi – red.) yaxınlığında “Həmzə” restoranında görüş təyin etdik. Şücaətini bir daha sübut edən Kovalyov bilmədiyi yerə tək gəldi. Mən və Serj Sərkisyan (Ermənistanın üçüncü prezidenti – red) onu qarşılayıb yeməyə dəvət etdik. Masa təmtəraqlı deyildi, ancaq kabab və tut arağı var idi. Məni təəccübləndirən Kovalyovun məntiqli insan olması idi. O bizə dediki, “Uşaqlar, mən sizin düşməniniz deyiləm. Məni bura xidmətə göndəriblər, bunu da canla-başla edəcəm. Sizinlə döyüşmək fikrim yoxdur, bura sizin torpağınızdır”.


Dediklərindən başa düşdük ki, ermənilərə qarşı addımlar onun ideyası deyildi. Ümumiyyətlə, Kovalyovla yaxşı, səmimi söhbətimiz oldu. O, tut arağına toxunmadı, məncə, ümumiyyətlə, içki aludəçisi deyildi. Biz ayrılmazdan əvvəl bir-birimizin əlini sıxdıq. Sonralar o, dəfələrlə bizə kömək etdi. Onun sayəsində biz Azərbaycan AXCP-si tərəfindən həbs edilmiş bir neçə dəyərli döyüşçümüzü azad edə bildik.

Təəssüf ki, Kovalyov 1991-ci ilin noyabrında helikopter qəzasında həlak oldu”.

Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında vurulan Azərbaycan hərbi helikopterində bir neçə dövlət rəsmisi həyatını itirib. Ölənlərin arasında Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Daxili İşlər İdarəsinin rəisi general-mayor Vladimir Kovalyov da olub. O, Nijni Novqorodda Marina Roşça qəbiristanlığında dəfn edilib.//Globalinfo.az 

Seçilən
14
referans.az

1Mənbələr