Rusiyanın "Azimut" aviaşirkətinə aid "Sukhoi Superjet 100" sərnişin təyyarəsi Antaliyada eniş edərkən yanıb.
Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Hadisə zamanı yanğın təyyarənin sol mühərrik hissəsində baş verib. Nəticədə, 89 sərnişin və 6 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə olunub. Şükürlər olsun ki, yanğın nəticəsində heç bir ölüm və yaralanma qeydə alınmayıb.