AZ

Azərbaycan Universitetində ABŞ universitetinin nümayəndələri ilə görüş - Foto

Azərbaycan Universitetində ABŞ-nin Sent-Luis Vaşinqton Universitetinin nümayəndə heyəti ilə görüş olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov, ABŞ-nin Sent-Luis Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru professor Michael Sherraden və mərkəzin əməkdaşı Aytəkin Hüseynli iştirak edib.

Görüşdə rektor Səadət Əliyeva Azərbaycan Universiteti ilə Sent-Luis Vaşinqton Universiteti arasında qurulmuş əlaqələrdən məmnun olduğunu bildirib və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bu əlaqələrin daha inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.

Professor Michael Sherraden bir il bundan əvvəl Azərbaycan Universitetində olduğunu qeyd edərək burada keçirdiyi görüşləri xatırlayıb, xüsusilə hər iki universitet tərəfindən birgə təşkil olunan “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransının yüksək səviyyədə keçirildiyini bildirib.

Elmi işlər üzrə prorektor Yusif Qasımov konfransdan sonra onun qətnaməsinə uyğun olaraq görülmüş işlər haqqında məlumat verib, “Social Issues” jurnalının təsis edildiyini və artıq bu jurnalın 6 sayının çap edildiyini diqqətə çatdırıb. Prorektor beynəlxalq və yerli alimlərin marağını nəzərə alaraq konfransın ikincisinin də keçiriləcəyini qeyd edib.

Tərəflər daha sonra ikitərəfli əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını qeyd edib və yaxın günlərdə əməkdaşlıq haqqında Memorandumun imzalanması barədə razılığa gəliblər.

 

Seçilən
23
3
qafqazinfo.az

4Mənbələr