Rusiyanın Soçi şəhərindən Antalya hava limanına uçan “Azimut Hava Yolları”na məxsus sərnişin təyyarəsi sərt enişdən dərhal sonra yanmağa başlayıb.
İndex.az xəbər verir ki, içərisində 89 sərnişin və 6 ekipaj üzvü olan “Sukhoi Superjet 100” tipli təyyarənin mühərrikində baş verən yanğından sonra hava limanındakı qruplar təyyarəyə operativ müdaxilə edib. Təyyarədə olan 89 sərnişin təxliyə edilib.
Hadisə zamanı xəsarət alan olmadığı bildirilərkən, yanğın söndürüldükdən sonra təyyarənin dayanacaq vəziyyətinə salındığı açıqlanıb. Hadisədən sonra Antalya hava limanı təxminən 7 saatlıq uçuşlara bağlanıb.
Təyyarənin əlverişsiz hava şəraitində Antalyaya eniş etdiyi açıqlanıb. Fırtına Antalyaya təsirini davam etdirib və Meteorologiya Ümumi Müdirliyi narıncı kod xəbərdarlığı edib.