Hollandiyada son illər məşhurlaşan şotland pişiklərinin sahibləndirilməsi qadağan edilib.
"Unikal" xəbər verir ki, alınan qərarın səbəbi isə pişiklərin satmaq məqsədi ilə genetik modifikasiyasının dəyişdirilməsi göstərilib.
Bu vəziyyətin heyvanların əziyyət çəkməsinə səbəb olduğu bildirilib.
Qəbul edilən yeni tənzimləmə ilə Hollandiyada yanvarın 1-dən etibarən Şotland cinsi pişiklərinin sahibləndirilməsi qadağan ediləcək.
Zərifə Nağıyeva