AZ

Şimali Makedoniyada türk məscidini muzeyə çevirdilər

Yazını böyüt
Yazını kiçilt

Şimali Makedoniyanın Bitola şəhərindəki Türk-İslam abidələrindən olan Kadı Mahmud Məscidi (Yeni Məscid) Xristian və İslam Mədəni İrsi Muzeyinə çevrilib. Türk-İslam irsinin “Xristian və İslam Mədəniyyəti İrsi Muzeyi”nə çevrilməsinə Şimali Makedoniya türkləri reaksiya verib.

Hafta.az-ın “Time Balkan”a istinadən yazdığına görə, Şimali Makedoniya İslam Dini Birliyinin “Xoş niyyət məktubu” başlığı ilə verdiyi açıqlamada “Müsəlman dindarların nümayəndələri olaraq bu cəhdə şiddətlə qarşıyıq. Yeni məscidi muzeyə çevirmək və onun müqəddəs ruhuna zidd olan hər şeyə qarşı çıxırıq. Bütün fəaliyyətləri dərhal dayandırmağa çağırırıq! Biz müsəlman icmasının nümayəndələri olaraq Yeni məscidi muzeyə çevirmək cəhdinin qəti əleyhinəyik və bu terrora dərhal son qoymağa çağırırıq” deyilib.

Digər tərəfdən, edilən açıqlamada Şimali Makedoniya Mədəniyyət Nazirliyinin Yeni Məscidi illərdir "Sənət Qalereyası" olaraq bağlı saxladığı, indi isə onun Şimali Makedoniya İslam Birliyi ilə məsləhətləşmədən Monastır İnstitutu və Muzey İnstitutu tərəfindən “Xristian və İslam Mədəni İrsi Muzeyi”nə çevirdiyi bildirilir.

Məscidin muzeyə çevrilməsinə reaksiya verən adlar arasında Makedoniya Türkləri Haqq və Demokratiya Hərəkatının Avropa Cəbhəsindən seçilən Şimali Makedoniya millət vəkili Salih Murat da var.

Millət vəkili Murat, "Bu özbaşına və qanunsuz qərar açıq şəkildə ölkəmizin təməl dəyərlərinə, konstitusiyamıza və beynəlxalq hüquqa ziddir. 1558-ci ildən bu yana 600 ilə yaxın fasiləsiz olaraq ibadət üçün açıq olan Yeni Məscid Osmanlı dövründən bu günə qədər Bitola müsəlmanlarının mənəvi həyatının mərkəzi olub. Kommunizm dövründə belə bağlanmayan məscid müstəqillikdən sonra 1998-ci ildə qəbul edilən milliləşdirmə qanunu ilə statusu qanunla qorunan bir ibadət yeridir” deyib.

O, hökumətin bu qərarı dərhal ləğv etməli olduğunu bildirib.

Digər tərəfdən, Şimali Makedoniyanın paytaxtı Skopyedə fəaliyyət göstərən Köprü Mədəniyyət, İncəsənət və Təhsil Dərnəyi mövzu ilə bağlı verdiyi açıqlamada deyilir: “Bizim nadir əsərlərdən biri olan Kadı Mahmud Məscidimizin olması qəbuledilməz bir qərardır. Hökumətin və aidiyyatı nazirliyin birgə yaşamaq mədəniyyətimizə xələl gətirən, soydaşlarımızın və müsəlmanların hisslərini incidən bu qərarını pisləyir, rəsmi qurumları bu tarixi səhvi dərhal aradan qaldırmağa çağırırıq!”.

Seçilən
7
hafta.az

1Mənbələr