AZ

Qan tökülmədən azadlığına qovuşan Kəlbəcər ŞƏRH

25 noyabr tarixi zəfər tariximizin ən parlaq qələbələrindən biridir. Bu tarixdə cənab prezidentimizin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Kəlbəcər rayonu müharibə olmadan, qan tökülmədən düşmən tapdağından azad edilmişdi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanata uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri Kəlbəcər şəhəri, 1 qəsəbəsi İstisu qəsəbəsi və 127 kəndi Azərbaycana qaytarılıb. 15 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.

Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır. Nəhayət, 25 noyabr 2020-ci ildə noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilk informası Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimik evil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Relyefi dağlıqdır. Murovdağ (Gamışdağ 3724 m, Böyük Hinaldağ d. 3367m), Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ Vulkanik yaylasının (Dəlidağ d. 3616m) bir hissəsi yerləşir. Qıpçaqaşırımı, Ağababadağı, Ayıçınqılı, Buzluqdağı, Çilət, Çilgəz, Dikpilləkən, Egeryurd, Gömürdağ, Xocayurd, İlandağ, Keçəldağ, Ketidağ, Kilsəlidağ, Qırxqızdağı, Qoçdağ, Qonqurdağ, Laçındağı, Məmmədvəlidağı, Oyuqludağ, Rumbahar, Sağsağan, Sarıbulaq, Sarımsaqlı, Siçanlıdağ, Suzluq, Timarri, Yüzbulaq zirvələri də yerləşir. Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkonogen- çökmə və vulkan mənşəli süxurları yayılır. Həmçinin cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri və Kəlbəcərdə səsləndirdiyi fikirlər, Kəlbəcər rayonu ilə bağlı görülən işlər düşmənə ən böyük zərbələrdən biri idi. Bununla barışmaq istəməyən düşmənimiz artıq dərk etdi ki, Qarabağ Azərbaycandır!

Elgün Rüstəmli

YAP Yasamal Rayon təşkilatının gənc fəalı

Seçilən
16
sesqazeti.az

1Mənbələr