AZ

Rusiya şəhəri bombardman edildi - Hədəflər PUA-larla vuruldu

Gecə saatlarında Rusiyanın Kaluqa şəhəri ərazisində partlayış səsləri eşidilib.

Teleqraf.com xəbər verir ki, Rusiya mediası şəhərdə yerləşən neft emalı zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat yayıb.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bildirib ki, hava hücumundan müdafiə qüvvələri şəhər ətrafında 3 PUA-nı məhv edib:

“Sənaye müəssisəsinin ərazisinə PUA-ların qalıqlarının düşdüyü yerdə yanğın baş verib. İlkin məlumata görə, tələfat yoxdur. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və əməliyyat qrupu hadisə yerində işləyir”.

Rusiyanın Teleqram kanalları yazır ki, yerli sakinlər güclü partlayış səsi eşidib, bundan sonra neft emalı zavodunda yanğın başlayıb. Məlumata görə, neft bazası və zavod pilotsuz təyyarələrlə vurulub.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
17
teleqraf.com

1Mənbələr