AZ

Co Bayden qısa müddətə müharibəyə başlaya bilər

ABŞ prezidenti Co Bayden Donald Tramp vəzifəyə başlamazdan əvvəl nüvə müharibəsi başlamağa qadirdir. Vətəninfo.az xəbər verir ki, bunu  hərbi analitik və keçmiş amerikalı casus Scott Ritter X sosial şəbəkəsində bildirib.

“Kamala Harris bizi bir il ərzində Rusiya ilə nüvə müharibəsinə sürükləyərdi. Joe isə 2025-ci il yanvarın 20-nə qədər bunu edəcək”, – o yazıb.

Ekspertin sözlərinə görə, Amerika xalqı seçkilərdə sübut edib ki, müharibənin əleyhinədir, lakin Bayden xalqın fikrinə məhəl qoymur, Ukraynada münaqişəni qızışdırır.

“O, bizim ölümümüzə səbəb olacaq” deyə Ritter yekunlaşdırdı.

Bundan əvvəl “New York Times” qəzeti yazıb ki, ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Ukraynaya Amerikanın uzaqmənzilli raketlərindən Rusiya ərazisinə dərin zərbələr endirmək üçün icazə verib.

Seçilən
12
veteninfo.az

1Mənbələr