AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Ötən həftə dünya maliyyə bazarları Rusiya və Ukraynaarasında gərginliyin arta biləcəyinə dair narahatlıqlar və ABŞFederal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinə dairqeyri-müəyyənliklərlə qarışıq bir tendensiya yaşasa da, bu həftəbütün diqqətlər ABŞ-da növbəti dəfə açıqlanacaq iqtisadi artım(ÜDM) məlumatlarındadır.

Geosiyasi gərginliklər, eləcə də ABŞ-nin yeni seçilmişprezidenti Donald Tramp ilə FED administrasiyası arasında mümkünmübahisələr bazarlarda volatilliyi artırsa da, çərşənbə axşamı günüaçıqlanacaq Federal Açıq Bazar Komitəsinin (FOMC) 6-7 noyabrtarixlərində keçirilən iclasının protokollarından gələcəksiqnallar, FED-in monetar siyasətinə dair gələcək proqnozlarınıtəyin etməyə kömək edəcək.

Ötən həftə Avrozonada, Almaniyada və İngiltərədəproqnozların altında açıqlanan iqtisadi göstəricilər fonundaEURUSD, GBPUSD məzənnələri kəskin ucuzlaşaraq 1.0330 və 1.2490hədlərini test etsələr də, daha sonra bir qədər bahalaşaraq,1.0410, 1.2530 həddlərində tamamladılar. Lakin, cari həftəyə həriki aktiv sıçrayışla (gap) başlayaraq hazırda, müvafiq olaraq,1.0480 və 1.2590 hədlərində ticarət olunurlar.

Bu həftə Amerikada açıqlanacaq bazar ertəsi Dallas FEDİstehsalat Fəaliyyət İndeksi, Çikaqo Milli Fəaliyyət İndeksi,çərşənbə axşamı Federal Açıq Bazar Komitəsinin (FOMC) sontoplantısının protokolları, “Conference Board” (CB) İstehlakçıGüvən İndeksi, Riçmond FED Sənaye İndeksi, Yeni Mənzil Satışları,çərşənbə günü ÜDM, ÜDM Qiymət İndeksi, Şəxsi İstehlak Xərcləriİndeksi, Şəxsi Gəlirlər İndeksi, İşsizlik Müavinəti üçünMüraciətlərin Sayı, Uzunmüddətli İstifadə üçün Nəzərdə TutulmuşMəhsullar üzrə Sifarişlərin Həcmi kimi göstəricilər ABŞiqtisadiyyatına dair cari mənzərəyə işıq tutacaq.

Cari həftə ərzində, bazar ertəsi günü Almaniyada “IFO”Biznes Mühiti İndeksi, çərşənbə axşamı Almaniyada “GFK” İstehlakçıGüvən İndeksi, Avrozonada İstehlakçı Güvən İndeksi, cümə axşamı vəcümə günləri Almaniyada və Avrozonada İstehlak Qiymətləri İndeksi(CPI), Almaniyada İşsizlik Səviyyəsi kimi iqtisadi-statistikməlumatlar təqib ediləcək.

Asiya bazarlarında isə çərşənbə axşamı Yaponiyada“BoJ”-dan İstehlak Qiymətlərinin Baza İndeksi, çərşənbə günü ÇindəSənaye Mənfəəti, cümə günü Tokio İstehlak Qiymətləri İndeksi,Sənaye İstehsalının Həcmi, İşsizlik Səviyyəsi və Pərakəndə SatışDövriyyəsinin Həcmi məlumatları izləniləcək.

EUR

Ötən həftə Avropa İttifaqının Statistika İdarəsinintəqdim etdiyi yekun məlumatlara əsasən, Avrozonada sentyabr ayı iləmüqayisədə oktyabr ayında istehlak qiymətləri illik ifadədə 2.0%,aylıq ifadədə isə 0.3% artıb.

Dərc olunmuş hər iki göstərici analitiklərinproqnozları ilə üst-üstə düşdü.

Nəticədə, inflyasiya 1.7%-lik nəticə ilə sentyabr ayıilə müqayisədə daha da sürətlənib.

Nəticədə, həftəyə 1.0530 səviyyəsində başlayan EURUSDməzənnəsi ucuzlaşaraq 1.0330 həddini test etdi.

Həftəlik şamını 1.0410 səviyyəsində tamamlayan və carihəftəyə “gap”-la başlayan EURUSD cütlüyündə tendensiyanınformalaşmasına cari həftə ərzində Avrozonada dərc olunacaq CPİ,eləcə də Almaniyada açıqlanacaq əmək bazarı göstəriciləri cidditəsir edə bilər.

GBP

Keçən həftəyə 1.2620 səviyyəsində başlayan GBPUSDməzənnəsi həftə ərzində 1.2490 həddinə qədər ucuzlaşdı və həftəni1.2530 səviyyəsində tamamladı.

GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddininaltında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakterala bilər.

XAUUSD

İnvestorlar kar satışlarına yönəldiyi üçün qızılqiymətləri son 3 həftənin pik nöqtəsindən geri döndü.

Ötən həftəyə 2565$ həddində start verən və həftəlikşamını 2715$ həddində tamamlayan qiymətli metal cari həftəyə2692$-da start verdi. Hazırda, 2673$-da təklif olunan qızıldaqarşıda duran əsas dəstək həddləri kimi, 2637$, 2600$ və 2536$hədləri çıxış edir.

Qeyd edək ki, dekabr ayında FED-dən yeni 25 bazabəndlik faiz endirimi ehtimalı keçən həftəki 62%-dən 51%-ə düşüb.Analitiklər qızıl kimi, strateji aktivləri daha az cəlbedici edənyüksək faiz dərəcələrinin metala daha çox təzyiq göstərə biləcəyinivurğulayırlar.

BİTKOİN

“Bitcoin”, Donald Trampın qələbəsindən sonra başlayanrallinin hədəfi kimi göstərilən 100 min dollarlıq həddyaxınlığından yaşanan kar şatışlarından sonra toparlanır.

Noyabrın 22-də 99588$-a çatdıqdan sonra başlayansatışlarla 96888$-a qədər geriləyən bitkoin, bugün 97800$-a yaxınhədlərdə dalğalanır.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefonnömrəsi və ya www.investaz.az veb saytıvasitəsilə bizə ünvanlaya bilərsiniz.

Seçilən
72
5
az.trend.az

4Mənbələr