“Sən demə, avtomobil də küsə bilərmiş”.
Avtosfer.az xəbər verir ki, “Tesla” ilə bağlı yayılan məzəli videoroliki sosial şəbəkə istifadəçiləri məhz belə şərh edirlər.
Avtomobil avtopilotundan istifadə edərək yavaş-yavaş arxaya sürür və parklanma üçün ideal yer tapmağa çalışır. Lakin bunu bir neçə dəfə etməyə çalışsa da, bütün cəhdləri uğursuz olur.
Sonda “Tesla” “inciyir” və sahibini qoyub uzaqlaşır.