AZ

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Bu ilin 10 ayında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 5 milyard 701 milyon 705 min ABŞ dolları təşkil edib.

Valyuta.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 942 milyon 426 min ABŞ dolları təşkil edib, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,5% çoxdur. Azərbaycanın Rusiyaya ixracının həcmi 972 milyon 509 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur. Rusiyanın Azərbaycana idxalının həcmi isə 2 milyard 969 milyon 917 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,6% çoxdur. 

Azərbaycanla Belarus arasında bu ilin 10 ayında ticarət dövriyyəsinin həcmi 403 milyon 960 min manat olub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47,7% çoxdur. Azərbaycanın Belarusa ixracının həcmi 39 milyon 994 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62,6% çoxdur. Belarusun Azərbaycana idxalı 363 milyon 966 min ABŞ dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 46,2% çoxdur.

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 393 milyon 831 min ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,6% çoxdur. Azərbaycanın Qazaxıstana ixracının həcmi 107 milyon 747 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,2% çoxdur.

Qazaxıstandan Azərbaycana idxalın həcmi 286 milyon 84 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45,5% çoxdur.

Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 380 milyon 144 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,3% çoxdur. Azərbaycanın Ukraynaya ixracının həcmi 146 milyon 676 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 54,7% çoxdur. Ukraynadan Azərbaycana idxalın həcmi 233 milyon 468 min ABŞ dollar təşkil edib ki, 22,6% çoxdur.

Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 337 milyon 715 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azdır. Azərbaycanın Türkmənistana ixracının həcmi 71 milyon 734 min ABŞ dollar təşkil edib ki, bu da illik müqayisədə 1,1% azdır.

Ukraynadan Azərbaycana idxalın həcmi 265 milyon 981 min ABŞ dollar olub. Bu da illik müqayisədə 2,3 dəfə azdır.

Nara

Seçilən
39
1
valyuta.az

2Mənbələr