AZ

"Kəlbəcər günü"nə həsr olunmuş qaçış yarışı keçirilib - VİDEO

Zəfər Qaçış Klubunun təşkilatçılığı ilə Kəlbəcər Şəhər gününə ( Kəlbəcərin azad olunmasının il dönümü) həsr olunmuş 30 km-lik kütləvi qaçış yarışı keçirilib.

Fanat.Az xəbər verir ki, tədbirdən öncə idmançıları Bakı Bulvarındakı "7 Gözəl" fəvvarəsinin qarşısında Zəfər Qaçış Klubunun direktoru  Elşən Quliyev salamlayıb. 

O, Kəlbəcər şəhər günü münasibəti ilə iştirakçılara təbriklərini çatdırıb. İdmançılar klubun baş məşqiçisi Namiq Əsədovun təlimatı ilə isinmə hərəkətlərini icra ediblər. Daha  sonra dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Qaçışa "7 Gözəl" fantanının qarşısından start verilib. Qaçış Baku Kristal Holun qarşısından geri dönməklə 3 dairə olmaqla 30 km məsafəni əhatə edib.



Tədbir gözəl Bakı Bulvarında istirahət edən yerli sakinlər və turistlərə yüksək əhval ruhiyyə bəxş edib. Qaçış tədbiri müvəffəqiyyətlə başa çatıb. Rəhbərlik bütün idmançılara təşəkkürünü bildirib, belə kütləvi qaçışların əhalinin fiziki aktivliyinin artması üçün əla təbliğat olduğunu vurğulayıb.

 

Seçilən
5
fanat.az

1Mənbələr