İsrail Livanda müvəqqəti atəşkəs sazişini təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Ynet" bir sıra mənbələrə istinadən məlumat yayıb.
İsrailin “Hizbullah” şiə hərəkatı ilə müqavilə layihəsi İsrail ordusunun Livanın cənubunu tərk etməli olduğu 60 günlük keçid dövrünü ehtiva edir. Bundan sonra Livan ordusunun sərhədə yaxın ərazilərə yerləşməsi və Hizbullahın ağır silahlarını Litani çayının şimalına daşıması gözlənilir. ABŞ-ın rəhbərlik etdiyi komitə təşəbbüsün həyata keçirilməsinə nəzarət etməlidir.