ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və iş adamı İlon Mask süni intellekt sahəsində Çinə qarşı müharibəyə hazırlaşır.
Turkustan.az xəbər verir ki,Trampın “Amerika üstünlüyü” strategiyası çərçivəsində yeni bir ticarət müharibəsinə başlayacağı bildirilsə də, 20 Yanvardan sonra kosmik texnologiya və kvant texnologiyaları sahələrində Çinə qarşı maraqlı gedişlər olacaq.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra qlobal arenada süni intellekt texnologiyası ilə bağlı maraqlı hadisələrin baş verəcəyi gözlənilir.
ABŞ-ın Çinə qarşı üstünlüyünü qorumaq üçün Trampın təklif etdiyi bəzi strategiyalar“Tramp və Maskın planları nədir? sualını ağıllara gətirir. Trampın süni intellekt sahəsində yeni bir ticarət müharibəsi başlatması gözlənilərkən, ekspertlər 20 Yanvardan sonra texnologiya sahəsində baş verəcək xaosla bağlı mühüm xəbərdarlıqlar edib.
Aytən Yaşar/ Turkustan.az