Bakı. Trend:
Azərbaycan Milli Məclisi və ekspert platforması “Baku Network”unbirgə layihəsi çərçivəsində azərbaycanlı deputatlar TuralGəncəliyev və Sevil Mikayılova, tanınmış ekoloji aktivist, HarmonikƏtraf Mühit üzrə Qlobal Qanunvericilər Təşkilatının (GLOBE) Başdirektoru, sosial ədalət, dayanıqlı inkişaf və iqlim dəyişikliyiüzrə ekspert Malini Mehra ilə müzakirələr aparıblar.
Trend xəbərverir ki, müzakirələr zamanı tərəflər Azərbaycanın ev sahibliyietdiyi COP29-un əhəmiyyəti, bu qlobal tədbirin unikalxüsusiyyətləri və Azərbaycanın sədrliyi dövründə qlobal iqlimdəyişikliklərinə qarşı mübarizə üçün görüləcək tədbirlərdəndanışıblar.
Malini Mehra müzakirələrdə çıxış edərək bildirib ki, o, son onildir ki, “Global Legislators” təşkilatına rəhbərlik edir, eynizamanda, Londonda dayanıqlı inkişaf məsələləri üzrə merin komissarıkimi fəaliyyət göstərir.
“Fərqli səviyyələrdə və regionlarda işləmək mənə hadisələrə dahabütöv yanaşma imkanı verir. Mənim məqsədim müxtəlif maraqlıtərəflərin baxışlarını bir araya gətirmək və konsensus əsasındamodellər yaratmaqdır”, - deyə o vurğulayıb.
Malini Mehra əlavə edib ki, ilk dəfə bu ilin may ayındaAzərbaycana səfər edib.
“Hörmətli Sevil xanım, sizinlə bu ilin mart ayındaParlamentlərarası İttifaqının (IPU) Baş Assambleyasında tanışolmaqdan böyük məmnuniyyət duydum. Bu, Azərbaycanın hazırlığı iləbağlı ilk dəfə məlumat aldığımız məqam idi. Sizin ölkənizin digərsədrliklərdən fərqli olaraq, hazırlıq işləri üçün daha az vaxtıvardı. Mart ayında Cenevrədə, Beynəlxalq Konfrans MərkəzindəAzərbaycanın təqdimat videosunu izləyərkən çox təsirləndim.
Açığını desəm, insanların əksəriyyəti Azərbaycanın haradayerləşdiyi, buradakı insanların necə olduğu və hansı mədəniyyətəmalik olduqları haqqında məlumata malik deyildi. Lakin bu təqdimatinanılmaz güclü idi və çox parlaq bir ilk təəssürat yaratdı.
May ayında Azərbaycana səfər etdim, çünki “Globe Legislators”təşkilatı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasıçərçivəsində xüsusi rol oynayır. Biz BMT sistemində parlamentüzvləri üçün əlaqə nöqtələriyik. Bizim vəzifəmiz parlamentpavilyonunu təşkil etmək, deputatlara dəstək göstərmək, onlaradanışıqlar prosesini başa düşməkdə, əsas məsələləri anlamaqda və buişdə öz parlamentlərində necə iştirak edə biləcəklərini müəyyənetməkdə kömək etməkdir. May ayındakı səfərim mənə burada başverənləri daha yaxşı anlamağa imkan verdi.
Bu, mənim Azərbaycanla ilk təmasım idi və buraya gələn hər kəskimi, mən də şəhərin gözəlliyinə heyran qaldım. Bakı inanılmazdərəcədə gözəl şəhərdir. Çox təmiz və rahatdır. Buradakı insanlarnəzakətli və mehribandırlar. Şəhər hərəkət üçün çox rahatdır. Şəxsitəhlükəsizlik isə mənim üçün çox vacib faktordur.
Bakı qadınlar və qızlar üçün çox təhlükəsiz şəhərdir. MəndənAzərbaycandan və ya Bakıdan əsas təəssüratımı soruşduqda həmişədeyirəm: “Bu, mənim qızlarımı rahatlıqla müşayiətsiz göndərəbiləcəyim bir ölkədir. Onlara deyərdim: gedin, zövq alın. Sizburada təhlükəsiz olacaqsınız. Hər şey yaxşı olacaq”, - odeyib.
Daha sonra M.Mehra qeyd edib ki, COP29-un “Sözlər yox, əməllər”devizi – yəni, sözlərdən əmələ keçid ideyası onun çox xoşunagəlib.
“Çox vaxt biz müzakirələr aparır, bəyanatlar verir,fikirlərimizi bölüşürük, amma əslində nə etmişik? Bu, ilk növbədəözümüzə, daha sonra isə başqalarına verməli olduğumuz ən vacibsualdır. Yalnız bu cür yanaşma ilə effektivliyə nail olmaqmümkündür.
Azərbaycanın COP29-dakı sədrliyinin xüsusiyyətləri barədədanışsaq, onu əvvəlki sədrliklərdən fərqləndirən bir neçə əsasməqamı qeyd etmək olar. İlk növbədə, bu, “Troyka” (COP28, COP29 vəCOP30) adlanan mexanizmin işinin ilk dəfə rəsmi şəkildəformallaşdırıldığı sədrlikdir. Əvvəllər sədrliklər arasındasəlahiyyətlərin ötürülməsi prosesi daha çox qeyri-formal xarakterdaşıyırdı. Lakin indi bu sistem rəsmi şəkildə təşkil edilib ki, buda onların təşəbbüsləri arasında koordinasiyanı əhəmiyyətlidərəcədə yaxşılaşdırır.
Bu koordinasiya təkcə prosedurlara deyil, müxtəlif sədrliklərintəşəbbüsləri arasındakı əməkdaşlığa da aiddir. Məsələn, bir sədrlikmüəyyən bir proqram və ya tərəfdaşlıq təşəbbüsü başlatdıqda, sualyaranır: onların icrasına kim nəzarət edəcək? Onların özməqsədlərinə çatmasına kim cavabdeh olacaq?”, - deyə M.Mehrabildirib.