AZ

Balıqların qiyməti bahalaşdı - Ən çox bu balıqlar alınır

Balıq bazarında yerli məhsulların qiyməti bahalaşıb, alıcı sayı azalıb.

Paralel.az xəbər verir ki, səbəb balıq yeminin bahalaşması ilə yanaşı xəzərə mənsub balıqlarının sayının qıtlığı ilə əlaqəlidir.

Xaricdən gətirilən dəniz məhsulları bazarda liderlik edir. Bu siyahıda Qara dəniz məhsullarının sayı birincidir.

Balıq satışı üzrə mütəxəssis İlkin Novruzovun sözlərinə görə, hazırda ən çox levrək, çupra, qızılbalığa tələbat var. Yerli məhsullar isə bazarın 10 faizini təşkil edir:

Onun sözlərinə görə, xarici balıqların içərisində ən bahalısı salmondur. Bu balıq növü əvvəllər 30-35 manat idisə, indi qiyməti 40-45 manat arasında dəyişir. Nərə əvvəllər 50-55 manat idisə, hazırda 40-35 manatdır. Forel əvvəllər 18-20 manata satılırdısa, indi 14 manata qədər düşüb./xəzərxəbər

Seçilən
20
21
paralel.az

10Mənbələr