AZ

Bjaniya yenidən “prezident”liyə namizəd olacaq

Aslan Bjaniya Abxaziya “prezidenti” seçkilərində öz namizədliyini irəli sürəcək...

Müxalifətin etirazları fonunda istefa verən tanınmamış Abxaziyanın keçmiş “prezidenti” Aslan Bjaniya respublika başçısının qarşıdan gələn növbədənkənar seçkilərində namizədliyini irəli sürəcək.

Poliqon xəbər verir ki, eks-prezident bu barədə TASS Agentliyinə müsahibəsində bildirib.

“Mən Abxaziyanın siyasi həyatında mütləq iştirak edəcəyəm. Mənim komandam seçkilərdə iştirak edəcək. Namizədliyim irəli sürüləcək”, deyə Bjaniya TASS-a bildirib.

Poliqon.info

Seçilən
18
1
poliqon.info

2Mənbələr