AZ

2 nəfəri qətlə yetiən şəxs 20 il azadlıqdan məhrum edildi

Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işi üzrə məhkəməsinin yekun prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və vəkili son sözlə çıxış edib.

Məhkəmə müşavirəsindən sonra hökm oxunub. Hökmə əsasən, Arif Bəhərçiyev 20 il müddətində azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı A.Bəhərçiyevin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə baş verib.

2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
7
49
unikal.az

10Mənbələr