Bəs braziliyalının yaşadığı böhranın konkret səbəbləri nədən ibarətdi?
Football-plus.az”ın sualını təcrübəli menecer Erkin İbrahimov cavabladı:
“Elə futbolçu yoxdu ki, performansı həmişə eyni səviyyədə qalsın. Juninyo da bu sıradadı. Səbəblər fərqli ola bilər. Fikrimcə, əsas məqam “Qarabağ”da rəqabətin yüksək səviyyədə olmamasından qaynaqlanır. Xüsusilə Redon Cica və Musa Qurbanlı formada olsa, özlərini müntəzəm yaxşı tərəfdən göstərsələr, Juninyo bu qədər eniş yaşamaz. Belə məsələlər zəncirvari prosesdən qaynaqlanır. Həmçinin bəlkə səbəb “Qarabağ”la bağlıdı. Bəlkə də “Qarabağ” əvvəlki səviyyəsində deyil. Hər halda, Qurban Qurbanov durumu görür və lazımi addımları atacaq”.
KƏNAN BAHADIR