AZ

Beyrutda məktəblər bağlanıb

Beyrutda məktəblər İsrailin zərbələri nəticəsində dağıntılara görə müvəqqəti bağlanıb...

İsrailin hava zərbələri nəticəsində Beyrutda məktəblərin fəaliyyəti dayandırılıb.

Poliqon xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrailin hava hücumlarının Livanın paytaxtında böyük dağıntılara səbəb olması fonunda Livanın Təhsil Nazirliyi Beyrutdakı məktəblərin işini yanvar ayına qədər dayandırır”, deyə telekanal bildirir.

Qeyd edək ki, noyabrın 24-də İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları şiə təşkilatı Hizbullahın yerləşdiyi güman edilən Beyrutun cənub ətrafına hücumları bərpa edib.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr