AZ

Bir məktəbdən toplanan 2 tona yaxın kağız təkrar emala yönləndirilib

Bakı. Trend:

Cari ilin aprel ayında Energetika Nazirliyinin dəstəyi ilə Bakışəhəri 158 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylikili" çərçivəsində başladılan "Green Note" layihəsinin birincimərhələsi yekunlaşıb.

Trendnazirliyə istinadən xəbər verir ki, layihə çərçivəsində məktəbşagirdləri və kollektivi tərəfindən təkrar emala göndərilmək üçün 2tona yaxın kağız toplanıb.

Bildirilib ki, layihənin məqsədi məktəbdə istifadə olunmuşdəftərlərin və digər kağız məmulatlarının təkrar emalayönləndirilməsi ilə şagirdlər arasında ekoloji mədəniyyətinformalaşdırılması və təbiətin mühafizəsinə töhfə verməkdir.

158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova layihəninməktəblilər arasında resurslara qənaət, tullantıların azaldılmasıvə ekoloji dəyərlərin təşviqi baxımından mühüm rola malik olduğunuqeyd edib, bu təşəbbüsü təhsilin yalnız akademik biliklərlə deyil,həm də sosial məsuliyyətlə zənginləşdirilməsi yolunda mühüm addımkimi qiymətləndirib.

Layihənin ideya müəllifi və rəhbəri, 11-cu sinif şagirdi KamiləCəfərli bildirib ki, layihə çərçivəsində toplanan 2 ton kağıztullantısı təkrar emala yönləndirilməklə onlarla ağacınkəsilməsinin qarşısı alınıb, yüz minlərlə litr su və minlərləkilovat-saat enerjiyə qənaət edilib. "Green Note" layihəsinindayanıqlı yaşıl gələcək üçün cəmiyyətin bütün təbəqələrinə nümunəolacağına əminlik ifadə olunub və layihənin davam etdiriləcəyibildirilib.

Qeyd edək ki, “Green Note” layihəsi çərçivəsində 3 mindən çoxşagirdin təhsil aldığı məktəbdə quraşdırılmış 12 ədəd toplamaqutusu sayəsində tullantıların azaldılmasına və ətraf mühitəzərərin minimuma endirilməsinə mühüm töhfə verilib. Layihəninuğurlu nəticələri onun gələcəkdə digər təhsil müəssisələrində dətətbiqinə zəmin yaradır.

Məqalədə:
Seçilən
7
5
az.trend.az

6Mənbələr