Neymar klubunu dəyişə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə braziliyalı hücumçunun atası danışıb.
“Hələ heç nə planlaşdırmamışıq. Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. "Barselona"ya getmək planımız var idi”, - deyə o bildirib.
Bu mövsüm Neymar cəmi iki matçda iştirak edib. Braziliyalı dizindən aldığı zədə səbəbindən uzun müddət meydanlardan kənar idi.
Hazırda forvard Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edir.