AZ

İran Rusiya ilə ticarətdə dollardan istifadəni ləğv edib

Bakı. Trend:

İran və Rusiya ticarət dövriyyəsində ABŞ dollarından istifadənitamamilə ləğv edib.

Trend-in məlumatına görə,bunu İranın Mərkəzi Bankının baş direktoru Məhəmməd Rza Fərzin bugün Tehranda keçirilən 11-ci Yeni Bankçılıq Konfransında deyib.

Onun sözlərinə görə, hazırda İran və Rusiya arasında ticarətdövriyyəsində rial (İran valyutası) və rubldan (Rusiya valyutası)istifadə olunur:

"İran bu modeli başqa ölkələrlə ticarət dövriyyəsində tətbiqetməyə ümid bəsləyir".

Fərzin qeyd edib ki, Rusiyanın ödəniş şəbəkəsinə qoşulmaq İranınMərkəzi Bankının proqramlarından biri idi.

"Son vaxtlar İranın “Şetab” sistemi və bir neçə bank Rusiyanın“Mir” sisteminə qoşlulub. Bu sistem hazırda işləməkdədir. Lakinbaşlanğıc olduğu üçün lənglik müşahidə olunur. Zamanla bu sistemüzərində daha çox işlənəcək", - o bildirib.

İranın Mərkəzi Bankının baş direktoru qeyd edib ki, İran vəRusiya arasında yerli valyutadan istifadə üzrə ikinci mərhələrusiyalı turistlərin İranın ticarət-iaşə obyektlərindən istifadəedə bilmələridir:

"Bu mərhələnin gələn aylarda tətbiq olunacağı gözlənilir. 3-cümərhələ isə iranlı turistlərin Rusiyanın Post-terminallarındanistifadə edə bilmələridir və bunun gələn ildən tətbiq olunacağıgözlənilir".

İranın beynəlxalq səviyyədə bank əlaqələrinə münasibət bildirənFərzin deyib ki, İran əleyhinə sanksiyalar tətbiq olunduğuna görə,bu sahədə daha çox problemlər var.

"Lakin ötən illərdə bir sıra müsbət addımlar atılıb. Buaddımlardan biri Asiya Klirinq İttifaqına qoşulmaq idi (AsianClearing Union “ACU”). Sanksiyaların idarə olunmasında İran buvasitədən maksimum istifadə etməyə çalışır. İran Hindistan,Pakistan və bu ittifaqa üzv digər ölkələrlə əməkdaşlıq edir. İranSWIFT əvəzinə bu sistemdən istifadə edir", - o qeyd edib.

Qeyd edək ki, 2018-ci il noyabr ayında ABŞ-nin İrana qarşısanksiyalar tətbiq etməsi ilə məlumat ötürülməsi və ödənişlərinhəyata keçirilməsi üçün beynəlxalq banklararası sistem olanÜmumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin(SWIFT) İran bankları ilə əlaqələri kəsilib.

Seçilən
30
2
az.trend.az

9Mənbələr