Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.
Apasport.az xəbər verir ki, Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.
Elcan Əliyev (78) isə bürünc medal əldə edib.
Qeyd edək ki, noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.
Ayxan Tağızadə Azərbaycan millisində
Paralimpiya çempionumuz master klass keçib
Bəhreyndə 2 taekvondoçumuz medal qazanıb
Gimnaziadada iştirak edəcək taekvondoçularımız bəlli olub
"Ümid-Alpman Open” turnirinin açılış mərasimi keçirilib