AZ

Artıq Simon Şuster kimi dünyanın ən güçlü yazarları Mask fenomeninə daha da çox zaman xərcləyəcəklər

Simon Şuster imzalı “Elon Musk necə Kral yaradan oldu” məqalə Time dərgisinin üz qabığına çıxdı.

Bir çoxları üçün bu gözlənilməz olmadı…

Nüfuzlu Time dərgisinin usta qələmlərindən Simon Şuster (Shuster) bu düşündürücü yazısında son prezident seçkilərinə damğasını vuran adamın İlon Mask olduğunu və respublikaçılar Donald Tramp və JD Vensin qələbəsində onun şəksiz rolunu söyləyir.

Şuster kollektiv qədərimizin Mask tərəfindən ələ keçirildiyinə vurğu yaparaq bu eksentrik milyarderi Twitter-i satın alan, kosmik proqramlara yenidən həyat verən və nəhayət siyasətə girən biri kimi dəyərləndirir. Dünyanın ən zəngin adamı atdığı tvitlərlə birjaları yüksəldir və dibə vurur, actronavtlar kosmosa onun raket və kosmik gəmiləri ilə gedib gəlirlər, ordular onun peyklərindən gələn siqnallarla irəliləyir və daha nələr.

Artıq Simon Şuster kimi dünyanın ən güçlü yazarları Mask fenomeninə daha da çox zaman xərcləyəcəklər. Çünki indən belə Dünya ona fərqli bir oerspektivdən baxacq…

Noyabr seçkilərinin ertəsi gün Amerikan siyasətini yaxşı bilən, uzun meddət Nyu Yorkda yaşayan dostum Ali Çinarla post-Bayden dövrünü müzakirə etmişdik. Hər ikimizin gəldiyimiz qənaət Mask “future president” – ABŞ-ın gələcək prezidentliyinə ən real namizəddir.

1

İbrahim Nəbioğlu

visiontv.az

 



Seçilən
11
visiontv.az

1Mənbələr