AZ

Həmədanda məhkumlar edam edildi

Güney Azərbaycanın Həmədan və Məlayir şəhərlərinin həbsxanalarında 4 məhkum edam edilib.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, Həmədan həbsxanasında edam edilən 3 məhkum narkotik maddələrin alverində, Məlayerdə edam edilən məhbus isə adam öldürməkdə günahlandırılıb.

Bununla yanaşı narkotik maddələr alveri ittihamına görə, Rəşt şəhərinin Lakan həbsxanasında da bir məhkumun edam hökmü icra edilib.

Bununlada cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 820-i keçib.

visiontv.az



Seçilən
20
visiontv.az

1Mənbələr