AZ

“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, paxıllığımı çəkənlər çoxdur”-Maral Tahirqızından ETİRAFLAR

“Öz işimlə məşğulam, heç kimlə işim yoxdur. İmkan etdikcə mahnılar yazdırıram, məclislərə gedirəm. Sənət üçün çox xərc lazımdır. Sponsoru olmayan müğənniyəm. Səhnə geyimlərim də var, mahnılarım da. Xalqımıza böyük təşəkkür edirəm ki, mən onların sayəsində bu gün sənətimi də inkişaf etdirə bilirəm, pul da qazanıram. Dəyərli, özünə hörmət qoyan insanların məclislərinə gedirəm”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Maral Tahirqızı deyib. O daha sonra sənətə gəldiyi ilk illəri xatırlayıb:
 
 
“2004-cü ildə ilk dəfə AZTV-də efirə çıxmışam. Əhsən Dadaşov adına Xalq çalğı alətləri ansamblında oxumuşam. Ansamblın müşayiəti ilə 36 mahnım var. Həm işləmişəm, həm də təhsil almışam. Bir neçə universitet bitirmişəm, Kənd Təsərrüfatı, o vaxtın Yeyinti Sənayesi nazirliyində, Hesablama mərkəzində iqtisadçı, hesablayıcı, tikinti idarəsində kadrlar şöbəsinin rəisi olmuşam. Təxminən bu vəzifələrdə işləyəndə 1994-cü il idi. Uşaqlıqdan müğənnilik sənətinə həvəsim olub. Sadəcə olaraq atamın xasiyyəti ağır idi. Konservatoriyada oxuyanda atamdan gizlətdim. Ansambılla mahnıları yazdırdım, evə gələndə kaseti qoyub dinlədim. Atam qulaq asdı və dedi ki, gözəl səsin var, bu sənətin arxasınca get, imkan vermə kimlərsə sənə mane olsun. Heç bu sözləri atamdan gözləmirdim. Atam bircə onu mənə dedi ki, yaxşılardan ol, yolunu düzgün get” deyə müğənni bildirib.
Maral Tahirqızı ona hörmətsizlik etmək istəyənlərdən də danışıb:
“Səviyyəli, şəxsiyyətli, özünə hörmət qoyan adam belə bir şey etməz. Bu paxıllıqdan başqa bir şey deyil. Hər şey göz qabağındadır. Güclü paxıllıqdır. Mənim səsim, sənətim güclüdür. Ona görə də paxıllarım da güclüdür” deyə Maral Tahirqızı bildirib.
Müğənni bildirib ki, həmkarları toy qiymətlərini şişirdir:
“Məclislərə yarım saatı 300 manata gedirəm. Mənə elə gəlir ki, bundan artıq müğənnilərə pul vermirlər. Mən özüm də bəzən maraqlanıram, görürəm ki, “xod gedən restoranlar” da müğənnilərə 200 manat verirlər. Digər müğənnilərə, 50-20-30 manat şou proqramlarda pul verirlər. Mən ona görə gündəlik şoulara getmirəm. Ancaq dəvətlərə gedirəm. Dəvət də 1 ay içində 3-4 dəfə, bəzən isə daha çox 7-8 dəfə olur. Bəzən 200 manata da gedirəm. Artıq verənlər də olur. Bu pullara da aksesuar, geyim alıram, mahnı yazdırıram. Güclə də olsa dolanıram. Heç yerdən mənə pul gəlmir. Əvvəllər mağaza işlətmişəm, onu satıb bir ev və maşın aldım. Hazırda maşınım yoxdur. Heç kimlə duet oxumaq istəmirəm. Qarşıma çıxan mahnıları dinləyirəm. Hamıyla da salam-sağolum var” deyə müğənni bildirib.
 
Seçilən
10
moderator.az

1Mənbələr