AZ

İrəvanla Moskva arasında şübhəli durum: Birdən-birə 16 milyard dollar...

Rusiya Ermənistanla illik 14-16 milyard dollarlıq nəticə ilə rekord ticarət dövriyyəsinə malik olacağını gözləyir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Konkret rəqəmlərdən danışsaq, artıq 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8.3 milyard dolları ötüb. Ötən il bu rəqəm 7.4 milyard dollar olub. Tempi qoruyub 14-16 milyard dollarlıq rekord səviyyəyə çatmağı gözləyirik”, - deyə diplomat qeyd edib.

Kopırkin vurğulayıb ki, hazırda Ermənistanda birgə iqtisadi layihələrin həyata keçirilməsinə başlanılması istiqamətində iş aparılır.

Rusiya-Ermənistan ticarət dövriyyəsindəki rekord artıma gəlincə, bu, İrəvanın beynəlxalq sanksiyalardan yan keçməsində Moskvaya yardımı ilə əlaqələndirilir. Ermənistanın Rusiyanın sanksiyalara görə Qərb ölkələrindən ala bilmədiyi müxtəlif malları əldə edərək, Moskvaya təkrar satması və ya ötürməsi barədə məlumatlar var. ABŞ və Avropa İttifaqı buna görə Ermənistan barəsində heç bir tədbir görməyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
5
teleqraf.com

1Mənbələr