AZ

Xankəndidə 1770, Daşkəndə 1000 manatdan çox əmək haqqı verilir - SİYAHI

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda orta aylıq əmək haqqı 993 manat təşkil edib.

FED.az bu barədə Dövlət Staistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə Azərbaycanın rayon və şəhərləri arasında ən yüksək əmək haqqı Xankəndi şəhərində verilib.
Belə ki,  bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə Xankəndi şəhərində muzdla işləyən işçilərin orta aylıq nominal əmək haqqı 1 771 manat təşkil edib.
Paytaxt Bakıda isə orta aylıq nominal əmək haqqı 1 253 manata bərabər olub.
 Xankəndi və Bakıdan sonra ölkədə orta aylıq nominal əmək haqqının 1 000 manatdan yüksək olduğu yeganə rayon Daşkəsən olub. Daşkəsən rayonunda orta aylıq nominal əmək haqqı təxminən 1 033 manat təşkil edib. Rayon bu göstəriciyə ilk üçlükdə yer alıb.

Növbəti üçlüyə işğaldan azad edilmiş rayonlar daxildir. Bunlar orta aylıq əmək haqqı 926 manat olmaqla Ağdərə, 891 manat olmaqla Şuşa və 884 manat olmaqla Zəngilan rayonlarıdır. Şuşa və Zəngilan rayonundan sonra daha beş rayonda orta aylıəq əmək haqqı 800 manatdan yüksək olub.

 Ən aşağı əmək haqqı isə Qax rayonunda verilib. Qaxda muzdla işləyən şəxslərə verilən orta aylıq nominal əmək haqqı 532 manata bərabər  olub.  Balakən rayonunda isə orta aylıq əmək haqqı 564 manat təşkil edib.

Seçilən
8
fed.az

1Mənbələr