Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin 11-ci çağırış parlamentinin bu gün keçiriləcək ilk iclasının qeyri-konstusion olduğunu bəyan edib.
Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.
Zurabaşvili 26 oktyabr seçkilərində kütləvi saxtakarlıq olduğunu və bunun parlamentin legitimliyini baltaladığını bildirib:
"Mən 1-ci sessiyanı çağırmaqdan imtina etdim və Konstitusiya heç kimin əvəzedici kimi çıxış etməsini tanımır" , - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, bu gün Gürcüstanda XI çağırış parlamentin ilk iclası keçiriləcək.
Daşqın HəsənovMissiya.Az