AZ

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr ayları ərzində Naxçıvanda vergiorqanlarına ümumilikdə 1.489 müraciət daxil olub.

Trend İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidmətinə istinadən xəbər verir ki, onların 90,3 faiziniərizələr, 9,6 faizini şikayətlər, qalan hissəsini isə müxtəliftəkliflər təşkil edib.

Məlumata görə, müraciətlərin 98 faizinin baxılması 2024-cü ilin10 ayı ərzində başa çatdırılıb, 2 faizi isə hazırda icradadır.Baxılmış müraciətlərdən 95,3 faizi həll olunub, 3,1 faizi barədəmüvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlarqəbul edilib.

2024-cü ilin 10 ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindənümumilikdə 96 vətəndaşın qəbulu təşkil olunub.

Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydadayanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçünlazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərləbağlı qanunamüvafiq izahatlar verilib.

Seçilən
9
4
az.trend.az

10Mənbələr