AZ

Braziliyada sərnişin avtobusu dağ yolundan aşdı: 17 ölü, xeyli yaralı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyanın şərq hissəsindəki Serra-da-Barriqa dağ silsiləsində sərnişin avtobusu yoldan çıxaraq aşıb.
Oxu.Az bu barədə G1 portalına istinadən xəbər yayır.
Şahidlərin sözlərinə görə, avtobusda nasazlıq yaranıb və sürücü idarəetməni itirib. Hadisə nəticəsində təxminən 30 nəfər yaralanıb, 17 sərnişin ölüb. Xəsarət alanlar arasında uşaqlar və yeniyetmələr var.
Xəsarət alanların xilas edilməsi üçün yanğınsöndürmə xidməti üç avtomobil və helikopter göndərib.
Seçilən
46
15
oxu.az

5Mənbələr