Hurriyyet.az xəbər verir ki, Gürcüstan parlamentinin qarşısında keçirilən aksiya davam edir. Bu barədə "Sputnik Gürcüstan" agentliyi məlumat verib. Bazar günü axşam saatlarından bəri Rustaveli prosepektində toplaşmış müxalifət ilə onun tərəfdarları hələ də oradadırlar. AKsiya iştirakçıları hakim "Gürcüstan arzusu" partiyasının yeni seçilmiş deputatlarına parlament seçkilərinin nəticələrindən narazı olduqlarını bildirirlər. Parlamentə vəsiqə qazanmış dörd müxalifət partiyasının hamısının liderləri 26 oktyabr seçkilərinin nəticələrinins saxtalaşdırıldığını iddia edərək, XI çağırış parlamentində fəaliyyət göstərməkdən imtina ediblər. Onlar seçkilərin nəticələrinin ləğv edilməsini, bu məsələ ilə bağlı beynəlxalq araşdırmanın başladılmasını və ardından yeni seçkilər keçirilməsini tələb edirlər.
Bazar ertəsi günü parlamentin ilk iclası keçirilir. İclasda yeni seçilmiş deputatların səlahiyyətlərinin tanınması planlaşdırılır.
Hürr Tərcüman