"Düşmənlə döyüşən həm də büdcəmiz idi" - Azər Əmiraslanov
"Vətən müharibəsində təkcə Müzəffər Ordumuz, qəhrəman əsgərimiz və hərbi texnikamız döyüşmürdü. Düşmənlə döyüşən həm də milli iqtisadiyyatımız, büdcəmiz idi. 2025-ci il üçün gözlənilən büdcə xərclərimiz 24,3 milyard dollar olmaqla Ermənistanın və Gürcüstanın birlikdə büdcə xərclərinin cəmindən, yəni, 18,8 milyard dollardan 1,3 dəfə çoxdur".
aia.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
O bildirib ki, Azərbaycanın növbəti il üzrə 19,5 milyard manatlıq və ya 11,5 milyard dollarlıq qeyri-neft büdcəsi, sosialyönümlü xərclərdən ibarət olan, məbləğcə 16,9 milyard manat və ya təxminən 10 milyard dollar təşkil edən sosial büdcəmiz Ermənistanın 2025-ci il üçün planlaşdırdığı büdcə gəlirlərini 30-50 faiz üstələyir.
aia.az