AZ

Dəniz suyu və leysan yağışlar fələstinli qaçqınlarını evsiz qoyub

Qəzza zolağında güclü yağışlarla eyni vaxtda dəniz suyu fələstinli qaçqınların çadırlarına girib...

Poliqon İRNA Agentliyinə istinadən xəbər verir ki, dəniz suyu sahil xəttinin bəzi hissələrinə daxil olub və Deyr əl-Balah və Xan Yunisdə xeyli sayda çadır su altında qalıb.

Xəbərdə qeyd edilir ki, Əl-Zəvayda qaçqın düşərgəsində də fələstinli qaçqınların çadırlarına dəniz suyunun girməsi bir çox ailəni növbəti dəfə evsiz qoyub.

Bildirilir ki, Qəzzada Yarmuk stadionunda yaşayan qaçqınların vəziyyəti də yaxşı deyil. Güclü yağış və tufan onların çadırlarını dağıdıb.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr