AZ

Bakı metrosunda yeni qatarların təmirinə 1 milyon manat xərclənəcək

Bakı. Trend:

"Bakı metropoliteni" QSC balansında olan yeni nəsil qatarlarınelektron avadanlıqlarının komponent səviyyədə zəmanətli təmiriişləri həyata keçiriləcək.

Bu barədə Trend dövlət satınalmalarının vahid internetportalından məlumat əldə edib.

Belə ki, "Bakı metropoliteni" QSC balansında olan yeni nəsilqatarların elektron avadanlıqlarının, dünya istehsalçılarınınmüxtəlif təyinatlı elektron idarəetmə və funksional avadanlıqlarınkomponent səviyyədə zəmanətli təmiri aparılacaq. Bununla yanaşı,mikrikontrollerlərin proqramlaşdırılması işləri də icraolunacaq.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sözügedən işlərinicrasını "ROAD-PRO" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib vəonunla dəyəri 1.039.414,8 AZN (1 milyon 39 min 414 manat 8 qəpik)olan müqavilə bağlayıb.

Məqalədə:
Seçilən
27
16
az.trend.az

10Mənbələr