AZ

Rusiyanın Kaluqa şəhərində partlayışlar baş verib: neft emalı zavodu yanır

Gecə saatlarında Rusiyanın Kaluqa şəhərində partlayışlar baş verib. Sosial media neft emalı zavodunun ərazisində ciddi yanğın baş verdiyini bildirir.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa öz Telegram kanalında hava hücumundan müdafiə qüvvələrinin şəhərin kənarında üç pilotsuz uçuş aparatını “məhv etdiyini” yazıb: “Sənaye müəssisəsinin ərazisinə PUA-nın dağıldığı yerdə yanğın baş verib, ilkin məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və əməliyyat qrupu hadisə yerində işləyir.

Rusiyanın Teleqram kanalları yazır ki, yerli sakinlər güclü partlayış səsi eşidib, bundan sonra neft emalı zavodunda yanğın başlayıb. Çeka-NQÇİ-nin məlumatına görə, pilotsuz uçuş aparatları ilə neft bazası və zavod vurulub. Şəhərdə güclü yanğınlar var.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
1
editor.az

2Mənbələr