AZ

Prezident İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Surinam Respublikasının PrezidentiÇandrikapersad Santoxiyə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Surinam Respublikasının milli bayramı münasibətilə Sizə vəxalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimitəbriklərimi çatdırıram.

Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycanilə Surinam arasında əlaqələrin tarixində xüsusi yer tutur. MənSizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzüən xoş təəssüratlarla xatırlayıram.

Biz Surinam ilə dövlətlərarası münasibətlərimizə vəəməkdaşlığımıza böyük əhəmiyyət veririk. İqtisadi-ticariəlaqələrimizi inkişaf etdirmək üçün Azərbaycan ekspertlərindənibarət nümayəndə heyəti ölkənizə səfər etməyə hazırdır.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimizarasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydadavə çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsiistiqamətində birgə səylərimizi bundan sonra da davametdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınızadaim firavanlıq və əmin-amanlıq arzulayıram".

Seçilən
9
44
az.trend.az

10Mənbələr