Kosmetika həkimi Roşan Ravindran Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun hücumçusu Kriştianu Ronaldonu məhkəməyə verib...
Poliqon xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.
Buna səbəb futboçunun 40 min funt-sterlinq hesabı ödəməməsi olub.
"Hazırda məhkəmə prosesi gedir. Mən bir mütəxəssis kimi xəstələrimi müzakirə etmirəm", deyə həkim bildirib.
Mənbə iddia edir ki, Ravindran Ronaldonu 2021 və 2022-ci illərdə göstərilən xidmətlərə görə pul ödəməməkdə ittiham edib. Həmin vaxt futbolçu "Mançester Yunayted"də çıxış edib.
İddia ərizəsində həyat yoldaşı Ceorcina Rodrigesdən bəhs edilmir, lakin Ravindran Ronaldo və ailə üzvlərinə xidmət göstərdiyini bildirir.
2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubuna keçib. Müqavilədə portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da bildirildi.
Poliqon.info