AZ

Azad edilmiş ərazilərdə yeni iş yerləri açılacaq - Nazir

"Ötən günlərdə mühüm tədbir olan COP29 Azərbaycanın ev sahibliyi ilə uğurla keçirildi. Ümid edirəm, bu tədbir ölkəyə və dünyaya öz töhfələrini verəcək".

Redaktor.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü iclasında deyib.

"Son illər dünyada baş verən geosiyasi probləmlərə rəğmən Azərbaycan özünü gücləndirib. Prezidentin rəhbərliyi iqtisadi dayanıqlılığın möhkəmləndirilməsi həyata keçirilir. 2019-2024-cü illərdə ölkədə böyük artımlar müşahidə olunur. Bu illərdə qeyri-neft ixracı 2 dəfədən çox artıb. İnflasiya əhəmiyyətli dərəcədə aşağı düşüb və 1.7 faiz müşahidə edilib. İşğaldan azad edilmiş ərazilərə 46 müəssisə daxil olub. Bu ərazilərdə yeni iş yerlərinin açılması nəzərdə tutulur", - deyə azir qeyd edib.

Türkan İSGƏNDƏRLİ

Seçilən
5
redaktor.az

1Mənbələr