AZ

Minimum əməkhaqqı artırılacaq

"2025-ci ildə çoxşaxəli artımları nəzərdə tutan sosial paket həyata keçiriləcək.Azərbaycan hökumətini gələn il reallaşdıracağı sosial paket təxminən 3 milyon insanı əhatə edəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib: "Minimum əməkhaqqının və minimum pensiyanın artırılması nəzərdə tutulur. Eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Əhalinin rifahı ilə bağlı dövlət siyasəti özünü büdcənin təkcə sosial deyil, digər xərc istiqamətlərində də biruzə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr