Rumıniyada ifrat sağçı, NATO tənqidçisi Kalin Qorqesku səslərin ilkin hesablanmasına görə, prezident seçkilərinin birinci turunda liderdir. Bu, şok nəticə hesab edilir...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.
Səslərin təqribən 93%-nin hesablanması ilə 62 yaşlı Qorqesku 22%, baş nazir Marsel Çolaku isə 21% səs toplayıb. Bu, onların dekabrın 8-də keçiriləcək ikinci turda qarşılaşacaqları ehtimalını yaradır.
Mərkəz sağçı namizəd Olena Laskoni üçüncü yerdədir.
Namizədlərin seçki kampaniyası əsasən həyat səviyyəsinin sürətlə yüksəlməsinə yönəldilib, çünki Rumıniya Avropa İttifaqında yoxsulluq riski altında olan insanların ən yüksək nisbətinə malikdir.
Çolaku seçiciləri səxavətli xərcləmə vədləri ilə cəlb edib və heç bir vergi artımı olmayacağının deyib. Baxmayaraq ki, Rumıniya iqtisadi proqnozun 8%-i ilə Aİ-də ən böyük büdcə kəsirinə malikdir.
Əvvəlki "Rumınların Birləşməsi Uğrunda Alyans" partiyasının tanınmış üzvü Qorqesku NATO-nun Rumıniyanın Deveselu şəhərində ballistik raketdən müdafiə sistemini "diplomatiyanın biabırçılığı" adlandırmışdı. O, bəyan edib ki, Şimali Atlantika Alyansı Rusiya tərəfindən hücuma məruz qalacağı təqdirdə heç bir üzvünü müdafiə etməyəcək.
Keçmiş jurnalist olan Laskoni 2018-ci ildə Rumıniyanı Xilas edən Birliyə (USR) qoşulub və bu il partiya sədri olub. O, müdafiə xərclərinin və Ukraynaya yardımın artırılmasının tərəfdarıdır. Sorğular onun ikinci turda Çolakuya qalib gələcəyini göstərib. İlkin məlumatlara görə, o, birinci turda səslərin 19 faizini qazanıb.
Seçki ərəfəsində aparılan bəzi sosioloji sorğular Qorqeskunun təxminən 5% səs topladığını göstərib. Siyasi şərhçi Radu Maqdin bildirib ki, sorğu ilə bazar günü reallaşan nəticə arasında fərq 1989-cu ildə Rumıniya kommunist rejiminin süqutundan bəri görünməmiş hadisədir.
Poliqon.info