AZ

Toğrul Allahverdili: Berbok Azərbaycanın COP29 missiyasını uğurla tamamlamasına kölgə sala bilməz

Almaniyanın XİN başçısı Annalena Berbok COP29-un yekun günündə qalmaqallı açıqlama verib. Belə ki, o, Azərbaycanda insan haqqlarının pozulduğunu iddia edib. Tədbirin son günündə Almaniya təmsilçisinin bu reallığa sığmayan açıqlaması təsadüfdürmü? Heç şübhəsiz ki, xeyr.

COP29-un qalmaqalsız yekunlaşması özünü demokratik dəyərlərə önəm verən ölkə kimi dünyaya “sırımağa” çalışan Almaniyanın işinə gəlmədiyi üçün qalmaqalı özləri yaratmaq qərarına gəliblər. Berbokun qərəzli açıqlamasının cavabı da gecikmədi.

Azərbaycan rəsmiləri, o cümlədən Prezidentin köməkçisi Hikmət Hacıyev, bu bəyanatları rədd edərək, Azərbaycanın öz iqlim təşəbbüslərinə sadiq olduğunu və COP29-da qəbul olunan razılaşmalarda aktiv iştirak etdiyini vurğulayıblar. Hacıyev Berbokun çıxışını “daxili işlərə müdaxilə” kimi qiymətləndirib və Azərbaycan hökumətinin beynəlxalq səviyyədə iqlim maliyyələşməsi kimi mühüm məsələlərə töhfə verdiyini qeyd edib.

“Almaniya XİN başçısı Annalena Berbokun COP29 çərçivəsində etdiyi bəyanatlar Azərbaycanda mübahisəli qarşılanıb. Berbokun qərəzli, əsassız və məqsədli ittihamları ölkənin beynəlxalq imicinə zərbə vurmaq cəhdidir.
Əslində Almaniyanın bu mövqeyi başa düşüləndir. Zaman-zaman öz ölkələrində müxtəlif təbəqə işçilərinin küçələrə çıxaraq etiraz etməsini zorla, polis gücü ilə yatırıb, onların etiraz səsini yerindəcə boğmağa çalışan Almaniya başqa ölkələrə çamur atmaq, onları demokratiyaya dəvət etməsi gülünc doğurur”.

Berbokun bu açıqlamasının arxasında başqa əlin olduğunu düşünmək də yerinə düşərdi. Bu ehtimalı nəzərə alsaq bu açıqlamaların arxasında Fransa faktoru açıq aydın gözə çarpır. Hər iki ölkə Avropa İttifaqının lideridir, müttəfiqdir və ən əsası ermənipərəst mövqedən ara-sıra çıxış edirlər.

Görünür, Fransa hədsizliyini aşaraq Azərbaycana atdığı iftiraların daşa dəydiyini anlayıb artıq Almaniyanın köməyinə ehtiyac duyur, Almaniyanı öz çirkin əməllərinə alət edir. Fransa və Almaniya “qardaşları” anlamalıdırlar ki, Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirərək dünyaya örnək olmağı bacardı.

Təsadüfi deyil ki, tədbirin son günü dünyanın illərdir üzərində çalışıb ortaq məxrəcə gələ bilmədiyi bəyanat təsdiqləndi. Qlazqo və Şarm Əl-Şeyxdə həll edilə bilməyən Paris Sazişinin 6-cı bəndi tam olaraq təsdiqləndi.

Görünür, tədbirin son günü bunun reallaşacağını anlayan Almaniya tərəfi COP29-un ali məqsədinə çatmasına mane olmağ üçün səfərbər oldu. Alındımı, əlbəttə, xeyr. Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edib dünyada ekoçətinlikləri, iqlim problemlərini həll etmək üçün ən önəmli və çoxdan gözlənilən addımları atmağa vəsilə ola bildi.

Berbok isə suyu süzülə-süzülə Almaniyaya geri qayıda bilər. Hətta istəsə Bakıda tapşırığını icra etdiyi Fransaya, Makronun yanına gedə bilər. Necə deyərlər, çirkli planın baş tutmadı, Berbok, sənə yaxşı yol..!”

Toğrul Allahverdili

Siyasi şərhçi 

Seçilən
3
interpress.az

1Mənbələr